Klinik psixoloq Tuğçe Çolakoğlu bildirir ki, səhərlər yataqdan qalxmaqda çətinlik, enerjisizlik, daimi yorğunluq və motivasiya itkisi depressiyanın erkən əlamətləri ola bilər. Lakin bu simptomlar həm də fizioloji səbəblərlə bağlı ola bilər. Bu səbəbdən, ilk olaraq həkimə müraciət edib fiziki səbəblər araşdırılmalıdır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, depressiyanın erkən fiziki əlamətləri bunlardır:
-
Yorğun və halsız oyanmaq
-
Normal yuxuya baxmayaraq dincəlmiş hiss etməmək
-
Daimi yuxululuq və ya yuxuya getməkdə çətinlik
-
Diqqət pozuntusu
-
İştahda dəyişiklik
Çolakoğlu vurğulayır ki, bu əlamətlər iki həftədən uzun sürərsə və gündəlik həyata ciddi təsir edərsə, psixoloji qiymətləndirmə vacibdir. Erkən müdaxilə müalicə prosesini asanlaşdırır və həyat keyfiyyətini artırır.