Fazil Mustafadan AzTV-nin helikopter məsələsinə REAKSİYA

23:01 - 06 Noyabr 2025

Fazil Mustafadan AzTV-nin helikopter məsələsinə REAKSİYA

Milli Məclisin deputatı Fazil Mustafa AzTV üçün çəkiliş helikopterinin alınması ilə bağlı müzakirələrə münasibət bildirib. 


Manset.az xəbər verir, o, açıqlamasında məsələnin neqativ qarşılanmasının doğru olmadığını vurğulayıb.

Deputatın sözlərinə görə, dövlətin maliyyə imkanları nəzərə alınmaqla, AzTV və İTV üçün ortaq çəkiliş helikopterinin alınması müsbət addım kimi qiymətləndirilə bilər. Fazil Mustafa qeyd edib ki, helikopter yalnız televiziya çəkilişləri üçün deyil, təbii fəlakət, fövqəladə hallar zamanı operativ görüntü əldə etmək baxımından da vacibdir:

“Bir çox hallarda hadisə yerinə operativ çatmaq olmur. Meşə yanğınları, sel fəlakəti kimi hallarda müasir texnologiya ilə çəkiliş aparmaq lazımdır. Sadəcə helikopterin olması da kifayət etmir.”

O, məsələnin qınaq obyektinə çevrilməsinin doğru olmadığını bildirib və AzTV sədrinin bu məsələyə görə tənqid edilməsini əsassız hesab edib:

“Yığışıb “Qarabağ”a bir-iki peşəkar qolçu da almaq lazımdır. Dövlət başçısı Çempionlar liqasına çıxanda 5 milyon vəsait ayırdı. Ancaq hansısa ulduz futbolçunu almaq üçün daha böyük vəsaitə ehtiyac var. Gördünüzmü bir futbol uğuru ölkənin adını nə qədər önə çəkir? Üstəlik uğur qazanılanda həm klubumuza pul gətirir, həm də cəmiyyətdə idmana, sağlamlığa uşaqların, gənclərin müsbət anlamda münasibətini dəyişir. Buraya da strateji məsələ kimi yanaşmalıyıq. Bütün bunlar vətəndaşların sosial durumunu yaxşılaşdırmağa, əlbəttə zərər vurmadan edilməlidir. Çünki hər şeydən öndə dövlətin təhlükəsizliyi və vətəndaşın rifahı gəlir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az