“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

21:32 - 15 Noyabr 2025

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

“Bacım gecə saat 4-ün yarısı mənə zəng edib, “özümü çox pis hiss edirəm, anama tez gəlməsini söylə” dedi”.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, bunu Ülkər Yaşarqızı bacısı Ülviyyə Yaşarqızının ölümü ilə bağlı danışarkən deyib.

“Anam oraya çatana qədər bacımın qızı məni görüntülü zənglə yığıb “xala, qorxuram, anam yerə yıxılıb” dedi. Kameranı bacıma tərəf çevirəndə gördüm ki, o, bir nöqtəyə baxır, həyatını itirib”, - deyə Ülkər Yaşarqızı bildirib.

Qeyd edək ki, mərhum Xalq artisti Yaşar Nurinin böyük qızı Ülviyyə Yaşarqızı noyabrın 15-də səhər saatlarında ürək çatışmazlığından vəfat edib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az