Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun "20 Yanvar" stansiyası istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.