Çay, dünya üzrə ən çox istehlak olunan içkilərdən biridir və xüsusən bizim bölgəmizdə gündəlik həyatın ayrılmaz bir hissəsidir. Lakin milyonlarla insanın hər gün məmnuniyyətlə içdiyi bu içki, yanlış istifadə edildikdə bədəndə gözlənilməz zərərlərə səbəb ola bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Harvard Universitetindən olan qastroenteroloq Dr. Saurabh Sethi, sosial mediada etdiyi diqqət çəkən açıqlama ilə çaysevərlərə əhəmiyyətli xəbərdarlıqlar edərək, çayın doğru və ya yanlış istifadəsinin sağlamlıq üzərindəki təsirlərini izah etdi. Dr. Sethi, çayın tamamilə zərərli olmadığını qeyd edərək, lakin yanlış vərdişlərin bağırsaq və qaraciyər sağlamlığına ciddi risklər yaradacağını bildirdi. O, "Bağırsaq və qaraciyər sağlamlığınızı zədələyən 7 çay içmə vərdişi" başlığı ilə bu səhvləri bir-bir sıraladı:
1. Ac qarnına çay içmək mədəni qıcıqlandırır
Dr. Sethi, səhər oyanar-oyanmaz çay içməyin gözlədiyimiz qədər sağlam olmadığını vurğuladı. Çayın tərkibindəki kofein, turşu və taninlər aç mədəyə zərər verərək, reflü, mədə bulantısı, yanma və digər narahatlıqlara səbəb ola bilər.
2. Şəkərli çaylar qaraciyəri yorur
İçərisində 30-40 qram şəkər olan hazır buzlu çaylar və şəkərli çayların, davamlı olaraq istifadə edildikdə şəkərli diabet və alkolsüz yağlı qaraciyər xəstəliyi riskini artırdığı bildirilib. Dr. Sethi, bu cür içkilərin tez-tez istehlak edilməməsi lazım olduğunu diqqətə çatdırdı.
3. "Detoks" və "arıqlama" çayları göründüyü kimi zərərsiz deyil
Bazarlarda satılan bir çox "detoks" və "arıqlama" çaylarının əslində müshil (laksatif) təsirinə sahib olduğunu bildirən mütəxəssis, bu çayların həddindən artıq istifadəsinin elektrolit balansızlığına, bağırsaq tənbəlliyinə və uzun müddət ərzində bağırsaq zədələnmələrinə yol açabileceğini qeyd etdi.
Dr. Sethi, çayı düzgün və ölçülü bir şəkildə içmənin vacibliyini vurğulayaraq, sağlam həyat üçün balanslı vərdişlərə diqqət yetirilməsini tövsiyə etdi.