Yadigar Muradovun beyninə qan sızdı

18:34 - 17 Noyabr 2025

Yadigar Muradovun beyninə qan sızdı

"Atamın beyninə gedən qan damarları sıxılıb deyə beyinə qan sızıb. Onun həyata qayıdışı Allahın möcüzəsinə qalıb. Həkimlər heç nə deyə bilmirlər. Hamımız böyük ümidlə gözləyirik".


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, atası Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülüb.

“İndi ilk iş insultun nəticələrini aradan qaldırmaqdır. Atamın bədəni bərpa olunmalıdır ki, onu ikinci dəfə əməliyyat edə bilsinlər. Vəziyyəti çox ağırdır, nə danışa, nə də hərəkət edə bilir. Gözlərini açıb ətrafa baxır, amma reaksiya verə bilmir. Atam bu gün Allahın ümidinə qalıb, yalnız onun lütfü ilə həyata qayıda bilər. Həkimlər əllərindən gələni edirlər”.

Qeyd edək ki, tanınmış aktyor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurdu. O, qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az