Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

19:21 - 17 Noyabr 2025

Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 18.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.


Manset.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonu üzrə Təbriz, Ə.Əliyev, F.Yusifov, N.Hacıyev və A.Nemətulla küçələrinin, Binəqədi rayonu üzrə 8-ci Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin, DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Ə.Xaqani, M.Hüseynzadə, M.S.Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Sabunçu rayonu üzrə isə “7 Gözəl” və “Göy Qurşağı” MTK-ların, H.Əliyev və Ə.Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az