“Yeni mərkəzlər Qafqazda ən böyük mərkəzlərdən olacaq” - Vüqar Qurbanov

13:09 - 20 Noyabr 2025

“Yeni mərkəzlər Qafqazda ən böyük mərkəzlərdən olacaq” - Vüqar Qurbanov

“İstifadəyə verilən yeni mərkəzlər Qafqazda ən böyük mərkəzlərdən olacaq”. 


Manset.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada keçirilən Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin fəaliyyətinə dair brifinqdə deyib. 

Vüqar Qurbanov bildirib ki, təqdim edilən iki mərkəz Azərbaycan səhiyyəsinin transformasiya mərhələsində strateji əhəmiyyət daşıyan layihələrdir:

“Geniş ərazidə fəaliyyətə başlayan Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycan üçün yeni reabilitasiya modelinin əsasını qoyur. Burada məqsəd yalnız xəstələrin bərpasını təmin etmək deyil, həm də əlillik səviyyəsinin azaldılması, pasiyentlərin funksional müstəqilliyinin artırılması, insanın hərəkət imkanlarının maksimum səviyyəyə çatdırılması və reabilitasiyanın sistemli şəkildə vahid protokollar üzrə aparılmasıdır”. 


Fidan Vəlisoy


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az