Təxminən bir il öncə nazirlik tərəfindən məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqə elan olunmuşdur. Nazirliyin açıqladığı qaydalara əsasən, müsabiqə üç mərhələdən ibarət idi: Yazılı imtahan, esse mərhələsi, müsahibə.
Mövcud qaydalara görə, müsabiqə prosesi maksimum 6 ay ərzində yekunlaşmalı idi. Lakin artıq 6 aydan uzun bir vaxt keçməsinə baxmayaraq, müsabiqənin yekun nəticələri hələ də açıqlanmayıb.
Müsabiqənin nəticəsi elan edilmədiyi halda, nazirlik tərəfindən 10 noyabr tarixinə qədər direktorların işə qəbulu üçün imtahansız müraciət pəncərəsi açıldığı barədə açıqlama verilib. Bu qərar imtahanın bütün mərhələlərini uğurla keçmiş yüzlərlə müəllim arasında ciddi narazılıq yaradıb. Digər yandan nazirliyin sanki özlərinə yaxın adamlar üçün imtahansız şərait yaratması barədə iddialar səslənir.
Direktorların işə qəbulu ilə bağlı bir il əvvəl elan edilən müsabiqənin nəticələri nə üçün hələ də açıqlanmayıb? Müsabiqənin nəticələri açıqlanmamışkən, direktorların işə imtahansız qəbuluna dair yeni qərarın verilməsi hansı qanunvericilik bazasına əsaslanır?
Manset.az Konkret.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən məktəbşünas, təhsil qanunvericiliyi üzrə ekspert və direktorların və müavinlərin işə qəbulu üzrə hazırlığı həyata keçirən Elşən Qafarov sualları cavablayıb:
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm” Pravda.az
“Bildiyiniz kimi, son 4-5 ildə biz Elm və Təhsil Nazirliyini “imtahan mərkəzi” kimi tanımaqdayıq. Təkcə elm sektorunda 190-a yaxın imtahan keçirilir. Direktorların işə qəbulu da onlardan biridir. İndiyə qədər belə idi ki, şagird sayı 150-qədər olan məktəblər üçün direktorun işə qəbulu bir keçirilirdi. Şagird sayı 150-dən 500-ə qədər olanlar üçün bir keçirilirdi. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün bir keçirilirdi. Bunların hər biri fərqli formatda idi. Şagird sayı 150-qədər olan məktəblər üçün guya müsahibə yolu ilə keçirilirdi. 150-500 saya, görə test yolu və müsahibə mərhələsi ilə, 500-dən yuxarı olan məktəblər üçün isə test, esse, müsahibə mərhələsi baş tuturdu. Bu proses aylarla davam edirdi. Bəzən müsabiqənin keçirilməsi 1 ildən növbəti ilə keçirdi. 2024-cü ilin oktyabr ayından onlarla, yüzlərlə namizədin şəxsi mesaj qutusuna bildiriş belə gəlmişdi ki, “müsabiqədə uğur qazandınız, tezliklə təyinat alacaqsınız”. O cümlədən də 2025-ci ildə bu proses davam etdi. 2024-cü ilin dekabr ayında şagird sayı 500-dən yuxarı olan məktəblər üçün müsahibə, yanvarda esse müsabiqəsi keçirildi. Həmin esse müsabiqəsinin nəticələri səhv etmirəmsə, sentyabr ayında açıqlandı. Daha sonra isə müsahibə keçirildi. Bunun nəticələri elan olunmamış, imtahan qaydaları dəyişdirildi. Bu prosesin qeyri-şəffaf olmasının açıq göstəricisidir. İndi də yeni qaydalara görə, məktəb direktorlarının işə qəbulu 2 formadadır. Şagird sayı 500-dən az olan məktəblər üçün bir keçirilir. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün isə bir keçirilir. Guya müsahibə formasındadır. Sənəd verən şəxslərin də böyük əksəriyyətinə imtina gəlib ki, “sənədləri sistemə düzgün yerləşdirməmisiniz”. Hansı ki, birinə deyirlər “əmək kitabçası düzgün yerləşdirilməyib”, digərinə deyirlər “diplomu düzgün yerləşdirmədin”.
Bu, sadəcə olaraq gülüncdür. Elm və Təhsil Nazirliyi bilməlidir ki, elektron hökumət haqqında Azərbaycan Respublikasının qanununa görə, o sənədlər ki, elektron hökumət sistemlərindən əldə etmək mümkündür, bunu artıq şəxsən təqdim etməyə bərabər tutulur. Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsində açıq şəkildə göstərilir ki, bir işçini işə qəbul etmək istəyirsənsə, əgər, elektron hökumət sistemlərində o sənədlər varsa, onu əyani şəkildə tələb edə bilməzsən. Reallıq ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin başı imtahan oyunlarına qarışıb. Hər regionun, özünün tədris işləri üzrə direktor müavinlərinin də öz imtahanı var. Hər regionun, özünün 12 regional idarə var və NMR isə 13-cü və ayrı regionaldır. Bir də Bakı şəhər Təhsil İdarəsidir. 14 yerli təhsil idarəetmə orqanı var. Hər birində tədris üzrə müavinin imtahanı ayrı, təşkilatçı müavinin imtahanı ayrı, təsərrüfat üzrə müavinlərin imtahanı ayrı, psixoloqun imtahanı ayrı, kitabxanaçının imtahanı ayrı, laborantın imtahanı ayrıdır. Bunların da hər biri iki mərhələdən ibarətdir. Nəticə etibarilə görün nə qədər rəqəmlər alınır. O cümlədən də direktorların işə qəbulu… Həmçinin, lisey və gimnaziyalara uşaqların qəbulu, müasir metodistlərin işə qəbulu… Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə elm və təhsil siyasətini həyata keçirməkdir. İmtahanları həyata keçirmək üçün Dövlət İmtahan Mərkəzi var. Mən düşünürəm ki, ümumiyyətlə Elm və Təhsil Nazirini bu imtahan xəstəliyindən azad etmək üçün birmənalı şəkildə onun imtahan keçirməsi qadağan edilməlidir. Ali rəhbərlik səviyyəsində deyilməlidir ki, Elm və Təhsil Nazirliyinin əsasnaməsi var. Ölkə prezidenti 24 iyul 2023-cü ildə təsdiq edib. Açıq şəkildə orada göstərilir ki, Elm və Təhsil Nazirliyinin vəzifələri hansılardır. Onun imtahan keçirmək vəzifəsi yoxdur. Nazirə bildirmək lazımdır ki, qoy, imtahanlarla Dövlət İmtahan Mərkəzi məşğul olsun. Siz də gedin ölkənin Elm və Təhsil siyasəti ilə məşğul olun. Bu gün təhsil müəssisələrindəki problemlər göz qabağındadır. Çox təəssüf ki, təhsil müəssisələrində sistem dağılıb. Psixoloji iş yox səviyyəsindədir. Ölkənin təhsil büdcəsi yalnız təlimlərə, layihələrə xərclənir. Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə İsrail dövlətinə 50 müəllim, direktor və s. göndərilmişdi. 19 günə 500 min manat pul xərclənib onlara. 500 min manat dövlət büdcəsinin orta hesabla hər bir şəxsə 10 min manat pul xərclənib. Dövlət büdcəsini bu şəkildə boş və mənasız yerə xərcləmək düzgün deyil. Gəlin, onların qiymətləndirilməsini aparsınlar görək, təlim onlara nə verib. Ölkənin təhsil büdcəsi dağıdılır. İmtahanlara da büdcədən nə qədər pul xərclənir. Hər bir imtahan namizədinə150 manatdan, o cümlədən, sertifikasiya məsələlərinə görə 120 manatdan yuxarı pul xərclənir. İmtahanlar da bərbad şəkildədir. Elə bir imtahan yoxdur ki, orada bu və ya başqa formada problem olmasın. Artıq insanların bu imtahanlara inamı itib. Baxmayaraq ki, sənəd verənlərin sayı çoxdur. Bəlkə də fikirləşirlər ki, bu dəfə fərqli olar. Amma şəffaf olacağına artıq inam yoxdur. Bunlar heç bir qanunvericilik aktına sığmır”.
Emin Əmrullayevlə bağlı ŞOK İDDİA: Təhsil eksperti elə şeylər danışdı ki...
14:45 - 20 Noyabr 2025
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
20 Noyabr 2025 - 17:57
Kartından pul oğurlanan həkim Aytən Səfərova imiş
20 Noyabr 2025 - 16:50
Gələn il DSMF-nin xərcləri bu qədər olacaq
20 Noyabr 2025 - 15:47
Vəkilliyə namizədlərin icbari təlimi başlayıb - Foto
20 Noyabr 2025 - 15:38
Yeni avtomobil nömrələri belə olacaq - RƏSMİ
20 Noyabr 2025 - 15:20
Bakıda bu yol tam bağlanacaq
20 Noyabr 2025 - 15:00
Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoyan şəxsə HÖKM OXUNDU
20 Noyabr 2025 - 14:35
Bu həkimlərin ştatı ləğv ediləcək - Xəbərdarlıq edildi
20 Noyabr 2025 - 14:10
Yeni Klinikada robotik cərrahiyyə mərkəzi qurulacaq
20 Noyabr 2025 - 13:52
Bəzi xidmətlər gələn ildən təmin edilməyə bilər - İcbari Tibbi Sığortada dəyişiklik
20 Noyabr 2025 - 13:20
Xalq şairi xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
20 Noyabr 2025 - 13:17
Sabah hava necə olacaq? - PROQNOZ
20 Noyabr 2025 - 13:09
“Yeni mərkəzlər Qafqazda ən böyük mərkəzlərdən olacaq” - Vüqar Qurbanov
Xəbər xətti
- 20 Noyabr 2025
- 17:57 Kartından pul oğurlanan həkim Aytən Səfərova imiş
- 17:48 “Dünyada qəbul edilmiş təcrübə var, siz nə danışırsınız?”
- 17:36 Ucarda su resurslarının səmərəli idarə olunması müzakirə edildi - Fotolar
- 17:28 Hərbi Prokurorluqda dəyirmi masa keçirilib - Fotolar
- 17:10 Tarkanın konsertinin dodaquçaqladan qiyməti
- 16:50 Gələn il DSMF-nin xərcləri bu qədər olacaq
- 16:33 Məşhur türk aktyor əməliyyat olundu
- 16:30 İlham Əliyev SƏRƏNCAM imzaladı
- 16:30 Məşhur müğənni "Survivor 2026-da" - Acun Ilıcalı açıqladı
- 16:25 Ərdoğan Afrikaya səfər edəcək
- 16:22 Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- 16:18 Ajda Pekkana üzücü xəbər
- 16:11 Pensiyaya daha tez çıxmaq istəyən qadınlara SEVİNDİRİCİ XƏBƏR
- 15:59 "Pensiyaların artırılması üçün vəsait ayrılacaq" - Nazir açıqladı
- 15:56 Məşhur müğənninin ölümü ilə bağlı yeni faktlar ortaya çıxdı
- 15:55 "YAP Azərbaycan dövlətçiliyinin dayaqlarından birinə çevrilib" - Afət Həsənova
- 15:47 Vəkilliyə namizədlərin icbari təlimi başlayıb - Foto
- 15:38 Yeni avtomobil nömrələri belə olacaq - RƏSMİ
- 15:20 Bakıda bu yol tam bağlanacaq
- 15:07 Osimhendən "Fənərbaxça" açıqlaması
- 15:00 Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoyan şəxsə HÖKM OXUNDU
- 14:45 Emin Əmrullayevlə bağlı ŞOK İDDİA: Təhsil eksperti elə şeylər danışdı ki...
- 14:35 Bu həkimlərin ştatı ləğv ediləcək - Xəbərdarlıq edildi
- 14:30 Diş poliklinikasında çürümüş kişi meyiti tapıldı
- 14:17 "Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
- 14:10 Yeni Klinikada robotik cərrahiyyə mərkəzi qurulacaq
- 13:52 Bəzi xidmətlər gələn ildən təmin edilməyə bilər - İcbari Tibbi Sığortada dəyişiklik
- 13:44 "Qara dənizdə təhlükəsizlik yalnız Türkiyə ilə təmin oluna bilər"
- 13:32 "Sümük iliyi transplantasiyası sığortaya daxildir"
- 13:20 Xalq şairi xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
- 13:17 Sabah hava necə olacaq? - PROQNOZ
- 13:09 “Yeni mərkəzlər Qafqazda ən böyük mərkəzlərdən olacaq” - Vüqar Qurbanov
- 12:59 Məşhur aktyor təcili əməliyyata alındı: 48 saatdır reanimasiyadadır - FOTO
- 12:48 Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
- 12:38 Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı oldu - Fotolar
- 12:35 YAP-ın yaranması və inkişafı - Azərbaycan siyasətində yeni mərhələ
- 12:31 Rəqsanə ev dustaqlığına necə buraxılıb? - DETALLAR
- 12:25 Gələn il fəsillər bu tarixlərdə əvəzlənəcək
- 11:59 "Ağdamın azad edilməsi Müzəffər Ordumuzun qazandığı şanlı qələbənin nəticəsidir"
- 11:55 "YouTube"da yeni dövr - Əvvəlki funskiya geri gəlir
- 11:38 Arvadını oteldə başqasıyla tutan ərdən QORXUNC ƏMƏL - FOTO
- 11:28 Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı QƏRAR
- 11:18 Psixotrop maddə qəbul edərək maşın sürdü – 30 gün həbs olundu
- 11:04 Övladlarını təhlükəyə atan valideynlərin VİDEOSU - NİİM çağırış etdi
- 10:53 Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
- 10:30 Bank kartı açdıranların DİQQƏTİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz - VİDEO
- 10:13 "Yoxsulluğu aradan qaldıracam" - Elon Mask açıqladı
- 09:45 Göygöldə ağır qəza - Ölənlər var
- 09:29 Nazpəri Dostəliyeva Naxçıvanda konsert verəcək
- 09:19 “İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı”
- 09:06 Bakının 2 rayonunda qaz kəsiləcək