“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub.
Manset.az xəbər verir ki, layihə bu dəfə də hüquq ictimaiyyətinin diqqətini cəlb edən mövzulara həsr olunub və geniş maraq doğurub.
Budəfəki qonaq Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, “Güvən” Vəkil Bürosunun müdiri Vüqar Babayev olub. O, müsahibəsi zamanı hüquqi fəaliyyətində qarşılaşdığı yaddaqalan hadisələrdən, peşə həyatında üzləşdiyi çətinliklərdən, həmçinin vəkillik peşəsinin cəmiyyət üçün daşıdığı vacib rol və əhəmiyyətli missiyadan danışıb.
Veriliş boyu qonağa hüquq sahəsi ilə bağlı aktual məsələlər, vəkil peşəsinin əsas prinsipləri, insanları müdafiə etməyin çətinlikləri, hakimlərlə münasibətlər, peşəkar təcrübə və cəmiyyət qarşısında vəkillərin rolu kimi mövzular əhatəli şəkildə təqdim olunub.
Vüqar Babayev müsahibəsində qeyd edib ki, vəkillik yalnız hüquqi biliklərə malik olmaqdan ibarət deyil, eyni zamanda etik prinsiplərə sadiqlik, obyektivlik və insan talelərinə həssas yanaşma tələb edən bir peşədir. O, həmçinin vəkillərin peşəkar fəaliyyətini düzgün təqdim etməsinin, təcrübədən öyrənməyin və hüquqi maarifləndirmənin cəmiyyətdə mühüm rol oynadığını vurğulayıb.
Ətraflı videomaterialda: