Bir qrup azərbaycanlının parkların birində SSRİ bayrağı qaldırması sosial şəbəkədə kəskin etiraza səbəb olub.
Manset.az Sitat.info-ya istinadən xəbər verir ki, bu video tiktokda paylaşılıb.
Tiktok sosial şəbəkəsində "Susmayan Sosialist" adlı səhifədə paylaşılan görüntülərin harada çəkilməsi bəll deyil.
Görüntülərdən bəlli olur ki, bir neçə azərbaycanlının SSRİ bayrağı bayrağı qaldırıb, videonun altında isə "Azərbaycan prole tar iatı, birləşin" yazılıb. Ölkəmizdə "5-ci kolon"un tör-töküntülərinin təmizləndiyi bir vaxtda belə bir səhifənin yaranması, SSRİ təbliğatı aparması təsadüfi deyil.
Videoya yazılan şərhlərdə istifadəçilər "Bizim bir bayrağımız var, o da üçrəngli Azərbaycan bayrağı", "Bu hərəkətiniz şəhidlərimizin ruhuna xəyanətdir", "Öz dövlətim, öz bayrağım! Yaşasın müstəqil Azərbaycan" kimi şərhlər yazaraq, müstəqil dövlət olmağın hər şeydən dəyərli olduğunu qeyd ediblər.
Həmin videonu təqdim edirik.