Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - Saxlanıldı

11:39 - 26 Noyabr 2025

Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - Saxlanıldı

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.


DİN mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 56 yaşlı Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib. 

Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az