İnnovasiya lideri Bakcell rəqəmsal ödənişlər üzrə
qlobal lider olan Visa ilə tərəfdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində
Bakcell abunəçilərinə xüsusi üstünlüklər, daha rahat rəqəmsal ödəniş imkanı və
yeni innovativ həllər təqdim ediləcək.
Tərəfdaşlığın ilk addımı olaraq
Bakcell və Visa abunəçilər üçün xüsusi kampaniyaya start verib. Kampaniya ərzində
abunəçilər Bakcell tətbiqi üzərindən, Visa kartı ilə, Apple Pay və Google Pay
vasitəsilə minimum 5 AZN balans artırdıqda bonus internet hədiyyəsi
qazanacaqlar. Təqdim olunan bonus internet həcmi artırılan məbləğə uyğun
olaraq, 5 AZN - 9.99 AZN – 1 GB; 10 AZN - 14.99 AZN – 2 GB; 15 AZN və yuxarı –
5 GB kimi formalaşır. Əldə edilən bonuslar bir həftə müddətində aktiv
qalır.
Bakcell innovasiya
və süni intellekt əsaslı həlləri ilə Azərbaycanın rəqəmsal gələcəyinə,
dayanıqlı inkişafına töhfə verməyə davam edir.
Kampaniya haqqında ətraflı
məlumatı linkə keçid edərək əldə etmək olar.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL
Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.