Ürək sağlamlığı üçün ideal şam yeməyi 

07:30 - 14 Dekabr 2025

Ürək sağlamlığı üçün ideal şam yeməyi 

Kardioloq ürək sağlamlığı üçün sobada bişmiş qızılbalıq, noxud və tərəvəzləri tövsiyə edib.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, kardioloq Kunal Lal bildirib ki, düzgün qidalanma ürək sağlamlığını möhkəmləndirə bilər. O, "Infobae" nəşrinə müsahibəsində ürək xəstəliklərinin profilaktikası üçün uyğun şam yeməyindən danışıb.

Həkimin sözlərinə görə, məqsəd natriumun, transyağların və doymuş yağların az olduğu qida rejiminə riayət etməkdir. Bu yanaşma yüksək xolesterin, yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.

Lal ürək üçün ən yaxşı yeməklərdən biri kimi sobada bişmiş qızılbalığı göstərib. O, bu yeməyi tərəvəzlər və noxudla birlikdə qəbul etməyi məsləhət görüb.

Həkim izah edib ki, qızılbalıqda çoxlu omeqa-3 yağ turşuları var. Noxud bitki mənşəli zülal və liflə zəngindir. Tərəvəzlər isə orqanizmə mikroelementlər və iltihabəleyhinə maddələr verir.

Onun sözlərinə görə, duz əvəzinə hisə verilmiş paprika, təzə otlar və ya sarımsaq tozu istifadə etmək daha məqsədəuyğundur. Bu, yeməkdə natriumun miqdarının artmasının qarşısını alır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az