Bakıda Əməkdar müəllimin sükan arxasında ürəyi dayandı - FOTO

12:50 - 17 Dekabr 2025

Bakıda Əməkdar müəllimin sükan arxasında ürəyi dayandı - FOTO

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov vəfat edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə aktyor Nofəl Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qeyd edək ki, N. Hüseynov 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, daha çox AzTV-də yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.

Nadir Hüseynov uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az