Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Məsələ ilə bağlı bildirilib: “Mediada Naxçıvan-Bakı reysi ilə gələn avtobusun sərnişinlərinin “Biləsuvar” gömrük postunda uzun müddət gözləməsi barədə videogörüntülər yayımlanıb.
Yayımlanan görüntülərdə sərnişinlər gömrük nəzarətinin yubadıldığını, soyuq hava şəraitində açıq ərazidə gözlədiklərini iddia edirlər.
Dövlət Gömrük Komitəsi bildirir ki, gün ərzində “Biləsuvar” gömrük postundan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla ümumilikdə 200-dən çox sərnişin daşınır və onların gömrük nəzarəti optimal müddətdə həyata keçirilir.
Dekabrın 17-si sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmaları, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etməmələri gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib.
Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət olunmasını tövsiyə edir”.
***
13:06
Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlarımız Biləsuvar gömrük postunda problemlə üzləşib.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.
Bildirilib ki, Naxçıvandan gələn sərnişinlər sübh tezdən - saat 04:27-dən indiyə qədər Biləsuvar gömrük postunda qalıb.
Havanın soyuq keçməsi onların işini daha da qəlizləşdirib. Açıq havada gözləyən vətəndaşlar saatlardır açıq havada qalıblar.
Şikayətçi bildirir ki, bu barədə onlara heç bir açıqlama verilməyib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanıb.
Həmin görüntüləri təqdim edirik: