İnnovasiya lideri Bakcell Medianın İnkişafı
Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” həftəsi çərçivəsində
“Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşı olub.
Bakcell innovasiya
tərəfdaşı kimi etibarlı informasiya mühitinin formalaşdırılması,
dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və cəmiyyətdə informasiya təhlükəsizliyinin
təmin olunması üzrə müəyyən edilmiş əsas prioritetlərin həyata keçirilməsinə dəstək
göstərib.
Medianın İnkişafı
Agentliyi tərəfindən 2022-ci ildən etibarən hər il dekabr ayında təşkil olunan
“Media Savadlılığı” həftəsi çərçivəsində indiyədək 50-dən çox təlim və tədbir həyata
keçirilib, ümumilikdə 3000-dən artıq iştirakçı media savadlılığı üzrə maarifləndirici
proqramlarda iştirak edib. Qeyd edək ki, cari ildə həftə 15–22 dekabr tarixlərini
əhatə edib və gənclər üçün xarici ekspertlərin iştirakı ilə müxtəlif təlimlər
reallaşdırılıb.
Bakcell bu təşəbbüsə
dəstək göstərməklə ölkədə media savadlılığının inkişafına və cəmiyyət üçün
etibarlı informasiya mühitinin formalaşmasına töhfə verməyə davam edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir.
Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft
sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı
innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL
Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.