Qanda şəkər miqdarını nizamlamağın sadə yolu 

00:30 - 23 Dekabr 2025

Qanda şəkər miqdarını nizamlamağın sadə yolu 

Gün işığı 2-ci tip diabeti olan insanlarda şəkərin nəzarətdə saxlanmasını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.


Manset.az Trend-ə istinadən xəbər verir ki, belə nəticəyə Cell Metabolism (CM) jurnalında dərc olunmuş tədqiqatın müəllifi olan alimlər gəliblər.

Eksperiment göstərib ki, gün ərzində bir neçə saat gün işığında qalmaq qlükoza səviyyəsini daha uzun müddət norma həddində saxlamağa kömək edir.

Tədqiqatda 2-ci tip diabeti olan 13 nəfər iştirak edib. Onlar növbə ilə ofisdə ya pəncərədən gələn təbii işıq şəraitində, ya da yalnız süni işıq altında çalışıblar. Qidalanma, fiziki fəallıq və dərman qəbulu eyni olduğu halda, gündüz işığında olan iştirakçılar şəkərin kəskin sıçrayışları olmadan daha çox vaxt keçiriblər.

Aparılan təhlil göstərib ki, günəş işığı sirkad ritmlərə — orqanizmin daxili bioloji saatına təsir edir. Təbii işıq şəraitində əzələlər günün vaxtı ilə daha yaxşı “sinxronlaşır”, yağları daha aktiv şəkildə yandırır və qlükozanı daha səmərəli emal edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az