Həftəsonu səfərə hazırlaşanlara XƏBƏRDARLIQ

10:12 - 26 Dekabr 2025

Həftəsonu səfərə hazırlaşanlara XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib.


Bu barədə Manset.az-a idarədən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıq ərazilərdə yolların buz bağlaması isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı, sürət həddini nəzarətdə saxlamağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir:

"Hər bir yol hərəkəti iştirakçısını onların mənzil başına təhlükəsiz çatması üçün DYP tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa, səfərlərimizin xoş təəssüratlarla yadda qalması üçün qaydalara qeyd-şərtsiz əməl etməyə çağırırıq!".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az