Səməd Seyidovun adından paylaşılan "deep fake"lə bağlı AÇIQLAMA 

21:11 - 27 Dekabr 2025

Səməd Seyidovun adından paylaşılan \"deep fake\"lə bağlı AÇIQLAMA 

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından "deep fake" texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.


Medianın İnkişafı Agentliyindən (MEDİA) Manset.az-a bildirilib ki, süni intellektin köməyi ilə hazırlanan saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.

Vurğulanıb ki, Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deep fake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az