“Windows 11”də yenilik

23:45 - 27 Dekabr 2025

“Windows 11”də yenilik

“Microsoft” korporasiyası bəyan edib ki, “Windows 11” əməliyyat sisteminə inteqrasiya olunmuş fayl meneceri – “File Explorer” artıq daha az yaddaş (RAM) sərf etməyi bacarır.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yeni funksiya “Windows 11 Build 26220.7523” versiyasında sınaqdan keçirilir.

Funksiya aktivləşdirildikdə, “File Explorer” faylların indeksləşdirilməsi zamanı təkrarlanan əməliyyatları avtomatik olaraq aradan qaldırır.

“Microsoft”un izahına görə, fayl menecerinin interfeysi vasitəsilə sənədlərin axtarışı zamanı əməliyyat sistemi daha az operativ yaddaş istehlak edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az