Bu yollar buz bağlayıb - Sürücülərə XƏBƏRDARLIQ

23:16 - 02 Yanvar 2026

 Bu yollar buz bağlayıb - Sürücülərə XƏBƏRDARLIQ

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxıdan, xüsusilə Ağsu dolaylarından keçən hissəsində buzlaşma müşahidə olunur.


Manset.az xəbər verir ki, gündüzlə müqayisədə bu saatlarda hərəkət azalsa da, paytaxtdan bölgələrə və əks istiqamətdə avtomobillərin hərəkəti davam edir.

Yol polisi hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi boyu fasiləsiz xidmət aparır.

Hazırda bölgədə qar yağmasa da, havanın temperaturu -3 dərəcə təşkil edir.

Aidiyyəti qurumlar yollarda təmizləmə işləri aparsa da, dumanlı hava və məhdud görmə məsafəsi səbəbindən sürücülər maksimum dərəcədə ehtiyatlı olmalıdırlar. Xüsusilə enişli-yoxuşlu və kəskin döngəli sahələrdə sürət həddini minimuma endirmək və ara məsafəsini qorumaq olduqca vacibdir. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusən şinlərin mövsümə uyğunluğuna diqqət yetirməyən sürücülərin bu marşrutdan istifadə etməməsi tövsiyə olunur.

Zərurət yarandığı halda isə enişli-yoxuşlu, sərt döngəli yollardan deyil, daha düz və buzlaşma olmayan alternativ yollardan istifadə edilməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az