Dünya bazarlarında qızıl ucuzlaşdı

14:29 - 03 Yanvar 2026

Dünya bazarlarında qızıl ucuzlaşdı

Qlobal əmtəə bazarlarında qızıl fyuçerslərinin qiymətində eniş müşahidə edilir.


Manset.az xəbər verir ki, COMEX birjasında qızılın bir troya unsiyasının fevral fyuçerslərinin qiyməti 0,26% azalaraq 4 329,6 ABŞ dolları səviyyəsində formalaşıb.
Eyni zamanda, qızılın spot qiyməti (XAU/USD) 0,30% artaraq 4 332,29 ABŞ dolları olub.
COMEX-də gümüşün mart fyuçersləri isə 0,58% artaraq 71,02 ABŞ dolları səviyyəsinə yüksəlib.

    Qeyd edək ki, qızıl fyuçersləri ilə spot bazar arasında fərqli dinamika əsasən qısa müddətli mənfəət realizasiyası, fyuçers bazarında mövqelərin yenidən balanslaşdırılması, eləcə də ABŞ dollarının məzənnəsindəki dəyişikliklər fonunda formalaşıb. Gümüş qiymətlərinə isə sənaye metallarına tələbin nisbətən sabit qalacağına dair gözləntilər dəstək verib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az