Leyla Əliyeva məsciddə - FOTOLAR

14:57 - 03 Yanvar 2026

Leyla Əliyeva məsciddə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qusar rayonunun Hil kənd məscidində olub.


Manset.az xəbər verir ki, o bununla bağlı instaqram hesabında paylaşım edib.

“Qusar rayonunun Hil kənd Məscidi 1908-1912-ci illərdə yerli sakinlərin ianələri hesabına inşa edilib. Çay daşı və çiy kərpicdən tikilən məscidin interyeri müxtəlif ornamentlərlə bəzədilib. Dəmir örtüklü damı və hündürlüyü 4 metr olan dörd dəmir minarəsi ilə seçilən bu ibadət ocağının daxili divarlarının bəzəkləri bu günədək öz rəngini qoruyub saxlayır”, - paylaşımda deyilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az