“Ağsu perevalı” yenə buz bağladı

15:16 - 03 Yanvar 2026

“Ağsu perevalı” yenə buz bağladı

Ötən gün yağan qardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bir qədər çətinləşsə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) canlı qüvvəsi və texnikası vasitəsilə hərəkət bərpa edilmişdi.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, gecə saatlarından havanın şaxtalı olması səbəbindən yolun Ağsu aşırımından keçən hissəsi buz bağlayıb.

Yolun enişli-yoxuşlu, sərt döngəli hissələri hərəkət üçün təhlükəyə çevrilib. Yolun buz qatından təmizlənməsi üçün ərazidə işlər aparılır, qum-duz qarışığı səpilir. Avtomobilində texniki problemi olan, həmçinin yolda hərəkət etməyə ehtiyat edən bir neçə avtomobil yolun kənarında qalıb.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yol və post-patrul xidməti ərazidə fasiləsiz xidmət aparır. Yolda qalan sürücülərə köməklik göstərilir, digər hərəkət iştirakçılarının hərəkətinə mane olunmamasına çalışılır.

Ötən gün çətinliyin yarandığı Muğanlı-İsmayıllı avtomobil yolu da qardan təmizlənib, yolun hər iki zolağı üzrə hərəkət etmək mümkündür. Gecədən etibarən bölgədə qarın yağması dayanıb. Hazırda bölgədə günəşli hava hökm sürür. Paytaxtdan bölgələrə, həmçinin əks istiqamətlərdə avtomobillərin hərəkəti davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az