Xoşbəxtlik səviyyəsini artırmağın 5 yolu

08:30 - 25 Yanvar 2026

Xoşbəxtlik səviyyəsini artırmağın 5 yolu

Terapevt-həkim və nutrisoloq İrina Tyurina xoşbəxtlik səviyyəsini artırmağın elmi cəhətdən təsdiqlənmiş beş yolunu açıqlayıb. O, bu barədə jurnalistlərlə söhbətində danışıb.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, tibbi baxımdan xoşbəxtlik orqanizmdə baş verən mürəkkəb biokimyəvi proseslərin nəticəsidir.

Bu proseslərdə dopamin, serotonin, endorfinlər və oksitosin əsas rol oynayır. Serotoninin sintezi üçün vacib olan triptofan amin turşusu da mühüm əhəmiyyət daşıyır. Serotonin səviyyəsi emosional sabitlik və daxili rahatlıqla birbaşa bağlıdır.

Mütəxəssisin sözlərinə görə, xoşbəxtlik hissinə aparan əsas addımlardan biri günə sakit başlamaqdır. Səhər stressi, narahatedici xəbərlər və tələskənlik kortizol səviyyəsini artıraraq orqanizmin "sevinc rejiminə" keçməsinə mane olur.

Həkim səhər tezdən tələsmədən oyanmağı, yüngül musiqi dinləməyi, pəncərə önündə qəhvə və ya çay içməyi və bir neçə dəqiqəni təbii səhər işığına ayırmağı tövsiyə edir. Bu, stressi azaltmağa və dopamin ifrazını stimullaşdırmağa kömək edir.

Tyurina həmçinin gün işığında 15 dəqiqəlik gəzintilərin və səmimi gülüşün faydasını qeyd edib. Bu sadə fəaliyyətlər serotonin və endorfinlərin - təbii antidepressantların - ifrazını artırır.

Gəzintilər beyni "yenidən yükləməyə" və yaradıcı düşüncəni aktivləşdirməyə kömək edir, gülüş isə ürək-damar və tənəffüs sistemlərinin fəaliyyətini yaxşılaşdırır, beynin qanla təminatını gücləndirir və "xoşbəxtlik hormonlarının" istehsalını dəstəkləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az