İtkin kimi axtarılan gənc tapıldı

11:23 - 04 Fevral 2026

İtkin kimi axtarılan gənc tapıldı

Bakıda itkin düşən 19 yaşlı tələbə Vasif Abidinov tapılıb.


Bu barədə  Manset.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Vasif Elnur oğlu Abidinovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

“Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, V.Abidinov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlibmiş.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az