Geriyə hərəkət edən TIR qəzaya səbəb oldu - VİDEO

12:26 - 04 Fevral 2026

Geriyə hərəkət edən TIR qəzaya səbəb oldu - VİDEO

Təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət və sürücü diqqətsizliyi qəzaya səbəb olub.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala görə, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından "Bağırov" tunelindən keçə bilməyib. O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb.

NİİM sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir:

"Hadisə zamanı ölən və xəsarət alan olmasa da, bu qəzadan sürücülər bir nəticə çıxarmalıdırlar".




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az