Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar
liderlərindən olan Birbank Biznes, mikro sahibkarlara yeni imkanlar təqdim
etməyə davam edir. Onların fərdi
ehtiyaclarına uyğun olaraq formalaşdırılan yeni tariflər 3 formada təklif
olunur.
“Classic” tarifi sahibkarlara 5000 manatadək məbləği komissiyasız
köçürmək və eyni məbləğdə nağdlaşdırma imkanı yaradır. Üstəlik də illik 18.99, 3 aylıq isə 5.99 manat ödənişlə.
“Plus” tarifi isə 10 000 manatadək
əməliyyatları tamamilə komissiyasız həyata keçirmək istəyən sahibkarlar
üçün ideal imkanlar təqdim edir. Bunun üçün illik cəmi 37.99 manat ödəmək
yetərlidir. Tarifin 3 aylıq qiyməti isə 11.99 manat təşkil edir.
Sahibkarlara xərclərinə 27% qənaət etmək fürsəti yaradan “Premium”
tarifi üçünsə illik cəmi 95.99 manat ödəniş tələb olunur. Tarifə qoşulmaqla 25
000 manatadək məbləği komissiyasız köçürmək və eyni məbləğdə nağdlaşdırmaq
mümkündür.
Hansı tarifin seçilməsindən asılı olmayaraq bank tərəfindən mikro
sahibkarlara Visa Sahibkar kartı da hədiyyə olunur. Sahibinə bir çox
üstünlüklər təqdim edən kartın çatdırılması da bank tərəfindən ödənişsiz həyata
keçirilir.
Bütün bunlarla Birbank Biznes müştərilərinə banka gəlmədən, vaxt
itirmədən, rəqəmsal bankçılığın bütün üstünlüklərindən yararlanmaq şansı
yaradır.
Tarif paketləri haqqında ətraflı məlumatı Birbank Biznes mobil
tətbiqindən əldə etmək mümkündür: www.b-b.az/bbu.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın
əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına
dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı
çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı
verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid
edin və ya 896 məlumat mərkəzinə zəng edin.