Azərbaycanda Çin avtomobilləri ilə bağlı ŞOK FAKT - Öz-özünə divara çırpılır

15:09 - 04 Fevral 2026

Azərbaycanda Çin avtomobilləri ilə bağlı ŞOK FAKT - Öz-özünə divara çırpılır

“Əfəndilər Qrup”dan avtomobil alan Söhrab Cabbarov şirkətdən şikayətçidir. Onun sözlərinə görə, şirkətdən aldığı Çin istehsalı olan  “Lİ-9” markalı avtomobilin avto-parkinq rejimi nöqsanlıdır və bu səbəbdən qəza baş verib.


Manset.az-ın  Xəzər xəbərə istinadən məlumatına görə, şikayətçi bildirir ki, avtomobil avto-parkinq rejimində qaraja daxil olarkən özünü düzgün idarə etməyib və nəticədə divara çırpılıb. Hadisə nəticəsində avtomobilə təxminən 3200 manat məbləğində maddi zərər dəyib.

Söhrab Cabbarov qeyd edir ki, avtomobili rəsmi diler olduğunu deyən “Əfəndilər Qrup”dan alıb. Onun sözlərinə görə, hətta maşın ona bazar qiymətindən daha baha qiymətə satılıb. Buna səbəb kimi servis zəmanətinin olması göstərilib. Lakin qəza baş verdikdən sonra şirkətə müraciət etsə də, avtomobilin servisə göndərilməsindən imtina edilib və zərər qarşılanmayıb.

Avtomobil sahibi məsələ ilə bağlı hüquqlarının pozulduğunu və zərərin qarşılanmayacağı halda məhkəməyə müraciət edəcəyini deyib. 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az