“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Ağsuda tədbirlər keçirdi

17:02 - 04 Fevral 2026

“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Ağsuda tədbirlər keçirdi

Kiber üsullarla törədilən oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da gücləndirilməsi, vətəndaşlar arasında  maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Ağsu rayonunda polis əməkdaşları tərəfindən silsilə tədbirlər təşkil olunub. 


Manset.az xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eləcə də təhsil müəssisələrinin kollektivləri ilə maarifləndirici görüşlər keçirilib, internet resursları üzərindən törədilən cinayətlərlə bağlı onlara ətraflı məlumat verilib.

Həmçinin bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub. İzah olunub ki, özlərini bank əməkdaşı kimi təqdim edən şəxslərə inanaraq kart məlumatlarını onlara göndərməməli, sosial şəbəkələrdə dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar. 

Vətəndaşlarımızın kiber üsullarla törədilən cinayətlərdən zərər görməməsi üçün bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az