Marketə gedən sürücünün avtomobili talandı

17:59 - 04 Fevral 2026

Marketə gedən sürücünün avtomobili talandı

Paytaxtın Nizami rayonunda vətəndaşlardan birinə məxsus avtomobildən 200 manat pul və mobil telefon naməlum şəraitdə oğurlanıb.

Manset.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı A.Abdurahmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, zərərçəkənin avtomobilinin qapısını açıq vəziyyətdə saxlayaraq marketə getməsini kənardan müşahidə edib və bir neçə dəqiqəlik nəzarətsizlikdən sui-istifadə edərək oğurluğu törədib.

Nəsimi rayonunda keçirilən tədbir nəticəsində isə ticarət mərkəzlərinin birindən zərərçəkənə məxsus içərisində pul vəsaiti, bank kartları və şəxsi sənədləri olan çantanı oğurlamaqda şübhəli bilinən 31 yaşlı H.Quliyev saxlanılıb.

Araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az