İqbal Səfərov yüksək vəzifəyə təyin olundu

22:17 - 04 Fevral 2026

İqbal Səfərov yüksək vəzifəyə təyin olundu

Vətən müharibəsi iştirakçısı, Silahlı Qüvvələrin zabiti İqbal Səfərov yeni vəzifəyə təyin olunub.


Manset.az xəbər verir ki, bu barədə İqbal Səfərov sosial şəbəkə hesabında paylaşım edib.

O, “Zirə Dəniz” gömrük postuna baş inspektor vəzifəsinə təyin olunduğunu bildirib.

Zabit göstərilən etimada görə Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Şahin Bağırova və komitə rəhbərliyinə təşəkkür edib, bu etimadı doğrultmağa çalışacağını bildirib. 

""Zirə Dəniz " gömrük postuna baş inspektor vəzifəsinə təyin olundum. Göstərilən etimada görə Dövlət Gömrük Komitəsinin sədri general-polkovnik Şahin Bağırova və bütün rəhbərliyimizə minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam.

Azərbaycan Respublikasına xidmət edirəm",- İqbal Səfərov qeyd edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az