Məşhur aparıcı "Baku Electronics"dən şikayətçidir

12:04 - 05 Fevral 2026

Məşhur aparıcı \"Baku Electronics\"dən şikayətçidir

Məşhur aparıcı Amil Xəlil “Baku Electronics” mağazalar şəbəkəsindən aldığı məhsuldan narazıdır.


Manset.az xəbər verir ki, onun sözlərinə görə, 8 ay əvvəl alınan kombi bu günədək normal fəaliyyət göstərmir. Bildirilib ki, cihaz nə stabil isti su təmin edib, nə də qış mövsümündə mənzilin lazımi səviyyədə isinməsinə imkan verib. Satış zamanı “qızıl zəmanət” adı altında təqdim olunan məhsulun istifadədə ciddi problemlər yaratdığı qeyd olunur.

Aparıcının iddiasına əsasən, servis xidməti tərəfindən demək olar ki, hər həftə ustalar göndərilsə də, problem aradan qaldırılmayıb. Gələn texniki heyət nasazlığı qəbul edir, lakin yalnız müvəqqəti baxışla kifayətlənir. 

Amil Xəlil həmçinin servis mərkəzi ilə əlaqə qurmağın çətin olduğu, zənglərin cavabsız qaldığı, ustaların isə təyin olunan vaxtda gəlmədiyini bildirir. 

Məşhur aparıcı əlavə edib ki, məsələ ilə bağlı artıq 3 gündür “Baku Electronics”in mətbuat xidmətinə müraciət etsə də, hər hansı cavab ala bilməyib. Ona bildirilib ki, qurumun məsul şəxsləri istirahətdə olduqları üçün sorğu cavabsız qalıb.

Aparıcı məsuliyyətin açıq şəkildə qəbul olunmasını və problemin köklü həllini tələb edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az