ADU-da “15 Temmuz Derneği” nümayəndə heyəti ilə görüş keçirildi - FOTOLAR

13:14 - 05 Fevral 2026

ADU-da “15 Temmuz Derneği” nümayəndə heyəti ilə görüş keçirildi - FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Respublikasının “15 Temmuz Derneği” ictimai təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə universitetin rektoru, akademik Kamal Abdulla, ali məktəbin rəhbər heyəti və dərnəyin rəhbəri İsmail Hakkı Turunç iştirak ediblər.


Manset.az xəbər verir ki, rektor qonaqları salamlayaraq universitetin fəaliyyəti, beynəlxalq əlaqələri və çoxdilli təhsil strategiyası barədə ətraflı məlumat verib. Bildirilib ki, 80 ilə yaxın zəngin tarixə malik olan ADU ölkəmizdə xarici dillər üzrə müəllim və mütəxəssis hazırlığında aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetdə ingilis, fransız, alman və türk dilləri ilə yanaşı, koreya, çin, indoneziya, özbək və digər nadir dillər də tədris olunur, müxtəlif dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Qeyd olunub ki, ADU-nun əsas missiyası yalnız dil tədrisi ilə məhdudlaşmır, eyni zamanda xalqlar arasında elmi və mədəni əlaqələrin inkişafına töhfə verməkdir. Bu istiqamətdə universitetin bir sıra xarici ölkələrin ali təhsil müəssisələrində Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir, beynəlxalq əməkdaşlıq əlaqələri davamlı şəkildə genişlənir, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirilir.

Dərnəyin rəhbəri İsmail Hakkı Turunç çıxışında səmimi qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və 15 iyul hadisələrinin Türkiyə xalqının birlik və həmrəylik nümunəsi kimi əhəmiyyəti barədə məlumat verib. O, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin təhsil və mədəniyyət sahəsində əməkdaşlıq vasitəsilə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə layihələrin icrası, gənclər və akademik mühit arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib, əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az