6 yaşlı uşağa işgəncə verən şəxs "general-mayor"un oğlu imiş - FOTO

17:59 - 05 Fevral 2026

6 yaşlı uşağa işgəncə verən şəxs \"general-mayor\"un oğlu imiş - FOTO

Bakıda əvvəllər özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli saxlanılıb.


Manset.az News24.az-a istinadən xəbər verir ki, buna səbəb onun azyaşlıya işgəncə verməsi olub.

Məlumata görə, Ayxan Ələkbərli Bakıda sevgilisi ilə birgə 6 yaşlı azyaşlıya işgəncə verməkdə təqsirləndirilir.

Faktla bağlı aparılan araşdırmalar nəticəsində o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az