Sabah bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

18:39 - 05 Fevral 2026

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Sabah Mingəçevir şəhərinin və Bərdə rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Mingəçevirin Toxuculuq və A.Puşkin küçələrində fərdi yaşayış evlərinin qaz təchizatının şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan ərazinin qaz təminatının işlər yekunlaşanadək daxildən dayandırılması planlaşdırılıb. Qaz verilişinin dayanması ilə əlaqədar ümumilikdə 380 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Bundan başqa, Bərdə şəhərinin ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində qeyri yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Qaz təchizatının dayanması ilə əlaqədar İ.Qayıbov, Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində ümumilikdə 2 284 abonentin qaz təchizatında fasilələr yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az