İnnovasiya lideri Bakcell müştərilər üçün yeni rəqəmsal
satış platforması Bakcell Shop-u istifadəyə verib. shop.bakcell.com
vasitəsilə istifadəçilər mobil cihazlar və müxtəlif texnoloji məhsulları onlayn
formada əldə edə biləcəklər.
Bakcell Shop-da smartfonlar ilkin ödənişsiz,
faizsiz və 18 ayadək hissəli ödəniş şərtləri ilə təqdim olunur. Smartfonu hissə-hissə
ödənişlə əldə edən müştərilərə hər ay 20 GB-dək hədiyyə internet təqdim edilir.
Bakcell Shop-da hissəli ödəniş prosesi cəmi 1 neçə
klik və 1 dəqiqə ərzində tamamlanır. Proses tam rəqəmsal formatda həyata
keçirilir və ilkin ödəniş tələb olunmur.
Sifariş edilən məhsullar ödənişsiz çatdırılma ilə birbaşa göstərilən ünvana göndərilir. Çatdırılma ölkənin bütün regionları üzrə təmin olunur.
Bakcell
haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.