Ölkənin birinci bankı Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlığa start verilib. Tərəflər yeni əməkdaşlığı ötən gün imzaladıqları memorandum ilə rəsmiləşdiriblər.
Memorandum çərçivəsində
akademiya və bank arasında təcrübə proqramlarının həyata keçirilməsi,
tələbələrin elmi fəaliyyətində bank mütəxəssislərinin dəstəyi, birgə tədris
planının hazırlanması, müxtəlif mövzularda təlimlərin, elmi konfransların
təşkili kimi bir çox məqamlar nəzərdə tutulub.
Tədbiri giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının
birinci prorektoru Ədalət Səmədov qonaqlara təhsil ocağının fəaliyyəti,
strukturu və inkişaf mərhələləri barədə
məlumat verib. Daha sonra prorektor Gülnarə Əhmədova Akademiyanın rektoru,
akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin
inkişafındakı töhfələrindən söhbət açıb.
Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı direktoru
Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da
gücləndirdiyini vurğulayıb. “Bu gün imzaladığımız memorandum əməkdaşlığımızı
yeni mərhələyə daşıyır. Biz istəyirik ki, tələbələriniz sabahın mütəxəssisləri
kimi yetişərkən bizim ekosistemin imkanlarından, təcrübə proqramlarımızdan və
real layihələrimizdən maksimum faydalansınlar”.
Qeyd edək ki, tədbirdə Təhsilin İnkişafı Fondu və Milli
Aviasiya Akademiyası arasında da əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma
əsasən Akademiya TələbəPlus layihəsinə qoşulub. Xatırladaq ki, ötən il Kapital
Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları
şirkəti arasında bağlanan memoranduma
əsasən TələbəPlus layihəsi start götürüb. Layihə tələbələrə sosial layihələrdə
iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq,
Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək kimi, bir çox rəqəmsal
fürsətlər təqdim edir.
Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn
layihə ilə bağlı çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri
Nicat Məmmədli bildirib ki, TələbəPlus layihəsinin əsas məqsədi tələbələri
dəstəkləmək, onların sosial rifahını yaxşılaşdırmaq və təhsillərinə daha çox
vaxt ayırmaları üçün əlverişli şərait yaratmaqdır. O qeyd edib ki, Milli
Aviasiya Akademiyasının layihəyə qoşulması ilə ali təhsil müəssisələrinin sayı
27-yə çatıb, layihədən faydalanan tələbələrin sayı isə 200 mindən çoxdur.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az səhifələrinə müraciət edə bilərsiniz. Nağd
pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank
kartı sifarişi üçün – https://kbl.az/prcrc.