Bakıda bu ərazilərdə yaşıllıqlar qanunsuz kəsildi - 25 min manatdan çox ziyan

18:00 - 06 Fevral 2026

Bakıda bu ərazilərdə yaşıllıqlar qanunsuz kəsildi - 25 min manatdan çox ziyan

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar edilib.


Manset.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 283A, Xəzər rayonu Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsi, eləcə də Nəsimi rayonu Abay döngəsi, 360-cı məhəllə ünvanlarında ağacların qanunsuz kəsildiyi müəyyən olunub.

Faktlar üzrə yaşıllıqlara ümumilikdə 25 680 manat məbləğində ziyan dəydiyi hesablanıb.
Bildirilib ki, hər bir hal üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az