“Qüsursuz Nitq” Psixologiya Mərkəzində bayram endirimləri başladı

14:32 - 13 Mart 2026

“Qüsursuz Nitq” Psixologiya Mərkəzində bayram endirimləri başladı

Esmira Qafarovanın rəhbərlik etdiyi “Qüsursuz Nitq” Psixologiya Mərkəzi Ramazan və Novruz bayramları münasibətilə xüsusi endirim kampaniyasına start verib.


Manset.az xəbər verir ki, mərkəzdə bayram günləri münasibətilə ilkin müayinələrə 50 faiz endirim nəzərdə tutulub. Kampaniya çərçivəsində aparılan müayinələrə xüsusi aparatlarla diaqnostika da daxildir.

Endirimlərdən autizm spektr pozuntusu, serebral iflic, daun sindromu, kəkələmə, eşitmə məhdudiyyəti, həyəcan-təşviş, oxuma və yazma pozuntuları olan uşaqlar, yeniyetmələr və böyüklər yararlana bilərlər.

Mərkəz bildirir ki, məqsəd müasir müayinə və diaqnostika imkanlarını vətəndaşlar üçün daha əlçatan etməkdir. Bu çərçivədə müxtəlif filiallarda qəbullar təşkil olunacaq.

Qəbul günləri aşağıdakı tarixlərdə keçiriləcək:

• 16 mart – Gənclik filialı

• 17 mart – Nərimanov filialı

• 18 mart – Sumqayıt filialı

• 19 mart – 9-cu mikrorayon filialı

Bundan əlavə, əvvəlcədən qəbula yazılan şəxslər üçün xüsusi aparatlarla müayinələrə 70 faiz endirim tətbiq ediləcək.

Qeyd edək ki, “Qüsursuz Nitq” mərkəzində nitq və inkişaf problemlərinin diaqnostikası və korreksiyası sahəsində peşəkar mütəxəssislər fəaliyyət göstərir.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az