Bu ərazilərdə qaz olmayacaq - Sakinlərin nəzərinə

18:55 - 16 Mart 2026

Bu ərazilərdə qaz olmayacaq - Sakinlərin nəzərinə

Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun, Yeniabad və Qapanlı kəndlərinin qaz təminatı dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Şəmkir RQİİ-nin Kür qazpaylayıcı stansiyasından qidalanan Kür qəsəbə qaz kəmərində "Təmiz Qaz" QSC tərəfindən aşkar edilmiş qaz sızmasının və itkisinin aradan qaldırılması ilə əlaqədardır.

Təmir işləri zamanı ümumilikdə 3 369 abonentin qaz təchizatı dayandırılacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az