Abşeronun ərazilərində içməli su təminatı bərpa olunur 

19:14 - 01 Aprel 2026

Abşeronun ərazilərində içməli su təminatı bərpa olunur 

Aylıq normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışlar səbəbindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən irihəcmli nasos stansiyasının iş prinsipində problem yaranmışdı.


Manset.az xəbər verir ki, ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlər davam etdirilir.

Nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib. Hazırda rayonun bütün ərazilərinə içməli su verilir. Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq. 

Nasos stansiyanın fəaliyyətindəki problem səbəbindən bəzi ərazilərin yağış sularından təmizlənməsi prosesində çətinliklər var. Buna baxmayaraq, Agentliyin tabeli qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az