Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə araşdırması başa çatıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda nəticəyə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, çoxsaylı dəlil-sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.
Hökmə əsasən, Perinatal Mərkəzin rəhbəri olmuş Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Bu günə kimi azadlıqda olan Abasquliyeva elə məhkəmə zalında həbs edilib.