Yay mövsümü yaxınlaşdıqca sürətli arıqlamağa maraq artsa da, mütəxəssislər bunun hər zaman yağ itkisi demək olmadığını bildirirlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ciddi məhdudiyyətlərə əsaslanan pəhrizlərin ilk günlərində müşahidə olunan çəki azalmasının böyük hissəsi bədəndən su və əzələ itkisi ilə bağlı ola bilər. Bu səbəbdən arıqlama prosesini yalnız tərəzidəki rəqəmlərlə qiymətləndirmək düzgün hesab edilmir.
Mütəxəssislər vurğulayırlar ki, kalori qəbulunun kəskin azaldılması maddələr mübadiləsini yavaşlada, enerji çatışmazlığı və güclü aclıq hissi yarada bilər. Bundan əlavə, sürətli nəticə vəd edən pəhrizlər uzunmüddətli effekt vermədiyindən itirilən çəkinin yenidən geri qayıtması riski yüksəkdir.
Sağlam çəki idarəçiliyi üçün qısa müddətli və sürətli arıqlama vəd edən pəhrizlərdən deyil, davamlı qidalanma, həyat tərzi vərdişlərindən istifadə etmək daha effektivdir.