Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR 

12:30 - 05 İyun 2026

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR 

Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.


Manset.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında" qanuna təklif edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb.

Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az