Mirələm Mirələmova AĞIR İTKİ - FOTO 

16:30 - 05 İyun 2026

Mirələm Mirələmova AĞIR İTKİ - FOTO 

Tanınmış xanəndə Mirələm Mirələmovun ailəsinə ağır itki üz verib.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Cəlal Qurbanov sosial şəbəkə hesabında bildirib.

Belə ki, Sənətçinin atası Fərman Mirələmov kişi 68 yaşında vəfat edib.

"Əziz dostum, qardaşım Mirələmin dəyərli atası Fərman kişinin 68 yaşında haqq dünyasına qovuşması bizi dərindən sarsıtdı. Mirələm atasına çox bağlı, onu böyük sevgi və ehtiramla sevən bir övlad idi. Fərman əminin gedişi ailəsi, doğmaları və onu tanıyan hər kəs üçün ağır itki oldu.

Bu ağır itkinin acısını bölüşərək, Mirələm qardaşıma, bütün ailə üzvlərinə və doğmalarına ailəmizin adından dərin hüznlə başsağlığı verir, Uca Allahdan Fərman əmiyə rəhmət, yaxınlarına səbir və dözüm diləyirik. Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Amin", - deyə məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az