Çia toxumu sevənlərin NƏZƏRİNƏ

22:32 - 05 İyun 2026

Çia toxumu sevənlərin NƏZƏRİNƏ

Son illərdə populyarlıq qazanan çia toxumlarının həzm sisteminə və ümumi sağlamlığa faydalı olduğu bildirilsə də, mütəxəssislər onların düzgün istifadə edilməsinin vacibliyini vurğulayırlar.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dietoloq Rob Hobson bildirir ki, çia toxumları quru halda istehlak edilməməlidir. Toxumlar maye ilə təmasda olduqda öz çəkisinin 10-12 qatına qədər şişə bildiyindən, quru qəbul edildikdə boğulma və həzm problemləri yarada bilər.

Mütəxəssislər çia toxumlarını istifadədən əvvəl ən azı 15-20 dəqiqə suda saxlayaraq jele konsistensiyasına gətirməyi tövsiyə edirlər. Həmçinin liflə zəngin olduğuna görə gündəlik qəbulun ölçülü olması məsləhət görülür. Harvard Universitetinin tövsiyəsinə əsasən, təxminən iki xörək qaşığı (28 qram) çia toxumu kifayət hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az