Ürəyi ən yaxşı qoruyan məhsul

08:00 - 06 İyun 2026

Ürəyi ən yaxşı qoruyan məhsul

Kardioloq Sara Aleksander "Daily Mirror" nəşrinə müsahibəsində avokadonun ürək sağlamlığı üçün faydalarından danışıb.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, o, bu məhsulun müntəzəm olaraq səhər yeməyinə əlavə edilməsini tövsiyə edib.

Həkimin sözlərinə görə, avokado xolesterinin səviyyəsini aşağı salır və arterial təzyiqin normal saxlanmasına kömək edir. Araşdırmalar göstərib ki, həftədə ən azı iki porsiya avokado qəbul edən insanlar ürək-damar və işemik xəstəliklərlə daha az qarşılaşırlar.

Mütəxəssis bildirib ki, avokadonun faydalı xüsusiyyətləri onun tərkibində olan bitki sterolları, antioksidantlar, E vitamini və damar sağlamlığını dəstəkləyən digər qiymətli mikro və makroelementlərlə əlaqədardır.

Bundan əlavə, avokadonun yarısı insanın gündəlik lif ehtiyacının təxminən dörddəbirini təmin edir. Həmçinin bu meyvədə banandan daha çox kalium var ki, bu da duzun həddindən artıq istifadəsinin arterial təzyiqə mənfi təsirini azaltmağa kömək edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az