logo
logo logo
logo

“Gələcəyini Qur!” layihəsi iştirakçı qəbuluna başladı

12:00 - 09 İyun 2026

“Gələcəyini Qur!” layihəsi iştirakçı qəbuluna başladı

Bakı şəhərində yaşayan şagirdlər üçün nəzərdə tutulan “Gələcəyini Qur!” layihəsi iştirakçı qəbuluna başlayıb


Manset.az xəbər verir ki, layihə 2026–2027-ci tədris ilində 11-ci sinifdə oxuyacaq şagirdlərə universitetə qəbul imtahanlarına tam ödənişsiz hazırlaşmaq imkanı yaradır.

Bir il davam edəcək proqram çərçivəsində iştirakçılar fənn hazırlıqları, sınaq imtahanları, psixoloq dəstəyi, ixtisas seçimi üzrə məsləhətlər və müxtəlif inkişafetdirici fəaliyyətlərlə təmin olunacaqlar. Eyni zamanda layihə gənclərə motivasiyaedici və dəstəkləyici mühit təqdim etməyi hədəfləyir.

Layihədə hazırda 10-cu sinifdə təhsil alan, oxumağa və inkişaf etməyə motivasiyası olan, Bakı şəhərində yaşayan və sosial cəhətdən həssas ailələrdən olan şagirdlər iştirak edə bilərlər.

Müraciətlərin qəbulu iyunun 12-dək davam edəcək.

Müraciət etmək istəyənlər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/kJ4rV9orV5EBWMnf9

Əlavə məlumat üçün: +994 55 382 37 31.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az